19 oktyabr 2021-ci il tarixdə Culfa şəhər 2 №-li tam orta məktəbinin idman zalında Culfa Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının Culfa rayon bölməsi və Culfa rayon Gənclər və İdman idarəsinin birgə təşkilaçılığı ilə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar arasında Boccia idman növü üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə 11 sağlamlıq imkanları məhdud uşaq iştirak edib.
Yekun nəticədə Rayon paralimpiyaçılarından Məmmədov Elcan Əjdər oğlu I yerə, Əsədli Əli Elbrus oğlu II yerə, Mürsəlli Cəlal Elmar oğlu III yerə, layiq görülmüşdür.Qalib və fərqlənən paralimpiyaçılara diplomlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.
08 oktyabr 2021-ci il tarixdə Ordubad şəhər idman stadionunda Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının Ordubad rayon bölməsi və Ordubad rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanıları məhdud 18 yaşadək uşaqlar arasında yüngül atletika idman növü üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə 14 sağlamlıq imkanları məhdud uşaq iştirak edib. Yekun nəticədə Rayon paralimpiyaçılardan 100 metr məsafəyə qaçış üzrə Sadıqlı Səlim Şövqü oğlu I yerə ,Məmmədəliyev İslam Turab oğlu II yerə, Babayev Murad Xəyal oğlu III yerə .200 metr məsafəyə qaçış
üzrə Bağırov Məhəmməd Yaqub oğlu I yerə, Həbibov Əsgər Tural oğlu II yerə, Məmmədov Cəsur Qulu oğlu III yerə layiq görülmüşdür. Qalib və fərqlənən paralimpiyaçılara diplomlar təqdim olunmuşdur.
14 oktyabr 2021-ci il tarixdə Naxçıvan Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Paralimpiya və Şahmat federasiyalarının birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar arasında şahmat üzrə birincilik keçirilmişdir. Yarışın keçirilməsində məqsəd fiziki imkanları məhdud şəxslərin asudə vaxtının səmərəli təşkili, şahmat idman növünə marağın artırılması, bu qəbildən olan şəxslər arasında şahmat idman növünün inkişaf etdirilməsi və onların cəmiyyətə inteqrasiyasını sürətləndirməkdən ibarətdir. 20 paralimpiyaçının iştirak etdiyi birincilikdə Nağıyev Turan I yerə, Cəfərli Anar II yerə, Novruzov Hüseyn III yerə layiq görülüblər. İlk üçlükdə qərarlaşan idmançılara pul mükafatı və diplom, digər iştirakçılara isə təşkilatçıların diplom və hədiyyələri təqdim olunub.