Sağlamlıq imkanları məhdud yeniyetmələr arasında 100 metr məsafəyə qaçış üzrə Şərur rayon birinciliyi keçirilib. Gənclər və idman idarəsi ilə Paralimpiya Federasiyasının rayon bölməsi tərəfindən birgə təşkil olunan yarış sağlamlıq imkanları məhdud yeniyetmələrin reabilitasiyası, onların idmana cəlbi və atletikaya olan maraqlarının yüksəldilməsi məqsədi daşıyıb. Finişə ən birinci çatan Engin Novruzov yarışın qalibi olub. Emil Cabbarov və Cəfər Məmmədov müvafiq olaraq ikinci, üçüncü pillələrdə qərarlaşıblar. Sonda idmançılara diplom və hədiyyələr təqdim olunub.
10-20 iyul tarixlərində Balakən Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılğı ilə Qolbol idman növü üzrə Azərbaycan yığma komandalarının təlim-məşq toplantısı təşkil edilmişdir. Təlim-məşq toplantısında Naxçıvan Muxtar Respublikasının paralimpiyaçları da iştirak edir. Təlim-məşq toplanışında, Naxçıvan Muxtar Respublikasının Paralimpiya Federasiyasının Qolbol bölməsindən, məşqçi-müəllim Turan Hüseynov və 3 paralimpiyaçı Kamal Yusifli, Qəzənfər Zamanov, Samir İmamquliyev iştirak edir.
Sağlamlıq imkanları məhdud uşaqların idmana cəlbi, reabilitasiyası, asudə vaxtlarının səmərəli təşkili və boccia idman növünə marağın artırılması məqsədilə keçirilən yarış Ordubad şəhər İnternat məktəbində reallaşıb. Gənclər və İdman İdarəsi və Naxçıvan Paralimpiya Federasiyasının rayon bölməsi tərəfindən birgə təşkil olunan birincilikdə 12 yeniyetmə qələbə uğrunda mübarizə aparıb. Yekun nəticələrə əsasən, İsmayıllı Mikayıl yarışın qalibi olub. Mehdiyeva Aygül ikinci, Abbasova Lamiyə isə üçüncü olub.
Qalib və fərqlənən idmançılara diplom təqdim edilib.