Sağlamlıq imkanları məhdud uşaqların idmana cəlbi, reabilitasiyası, asudə vaxtlarının səmərəli təşkili və boccia idman növünə marağın artırılması məqsədilə keçirilən yarış Ordubad şəhər İnternat məktəbində reallaşıb. Gənclər və İdman İdarəsi və Naxçıvan Paralimpiya Federasiyasının rayon bölməsi tərəfindən birgə təşkil olunan birincilikdə 12 yeniyetmə qələbə uğrunda mübarizə aparıb. Yekun nəticələrə əsasən, İsmayıllı Mikayıl yarışın qalibi olub. Mehdiyeva Aygül ikinci, Abbasova Lamiyə isə üçüncü olub.
Qalib və fərqlənən idmançılara diplom təqdim edilib.