Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar arasında keçirilən görüş Uşaq Bərpa Mərkəzində reallaşıb. Oyunda “Naxçıvan” və “Sədərək” komandalarından ibarət 8 paralimpiyaçı iştirak edib. Naxçıvan MR Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi yoldaşlıq görüşü sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, onların idmana cəlbi və stolüstü tennisə olan maraqlarının yüksəldilməsi məqsədilə keçirilib.
Nəticələrə əsasən, ümumi hesabda 3:1 hesablı üstünlük əldə edən paytaxt təmsilçisi görüşün qalibi olub.
Sonda bütün idmançılara hədiyyələr təqdim olunub.