NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Paralimpiyaçılar arasında atletika yarışı keçirilmişdir

Sağlamlıq imkanları məhdud yeniyetmələr arasında 100 metr məsafəyə qaçış üzrə Şərur rayon birinciliyi keçirilib. Gənclər və idman idarəsi ilə Paralimpiya Federasiyasının rayon bölməsi tərəfindən birgə təşkil olunan yarış sağlamlıq imkanları məhdud yeniyetmələrin reabilitasiyası, onların idmana cəlbi və atletikaya olan maraqlarının yüksəldilməsi məqsədi daşıyıb. Finişə ən birinci çatan Engin Novruzov yarışın qalibi olub. Emil Cabbarov və Cəfər Məmmədov müvafiq olaraq ikinci, üçüncü pillələrdə qərarlaşıblar. Sonda idmançılara diplom və hədiyyələr təqdim olunub.