NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Boccia üzrə Sədərək Rayon birinciliyi keçirilmişdir

26 avqust 2020-ci il tarixdə Sədərək Rayon Gənclər və İdman İdarəsi və Paralimpiya Federasiyası Sədərək Rayon Bölməsinin birgə təşkilatçılığı ilə  sağlamlıq imkanları məhdud yeniyetmə və gənclər arasında boccia idman növü üzrə rayon birinciliyi keçirilmişdir. Birinciliyin yekun nəticəsinə əsasən Rzazadə Ziya I, Mehdiyev Elvin II, Hüseynov Elşən III yerin sahibi olumuşlar. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılmışlar. Qeyd edək ki, birincilikdə 6 paralimpiyaçı iştirak etmişdir.

Sağlamlıq imkanları məhdud uşaqlar arasında atletika üzrə Şərur rayon birinciliyi keçirilib

20 avqust 2020- ci il tarixdə  Şərur Rayon Gənclər və İdman İdarəsi və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının Şərur  Rayon bölməsinin birgə təşkilatçılığı ilə, sağlamlıq imkanları  məhdud uşaqlar arasında 100 metr  məsafəyə qaçış üzrə Rayon birinciliyi keçirilmişdir.Şərur Rayon Olimpiya İdman Kompleksinin stadionunda  təşkil olunan birincilikdə 9 sağlamlıq imkanları  məhdud uşaq  iştirak edib. Birinciliyin nəticəsinə görə  Pünhan Səfərov I yerə, Engin Novruzov II yerə, Emil Cabbarov isə III yerə  layiq görülüb.  Qaliblər təşkilatçılar tərəfindən  diplom  və fəxri fərmanlarla mükafatlandırılıblar.

Stolüstü tennis ilə məşğul olan sağlamlıq imkanları məhdud şəxslər üçün onlayn seminar təşkil olunub

Bu gün muxtar respublikada gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması daim diqqət mərkəzində saxlanılır. Reabilitasiyanın bir növü kimi - fiziki imkanları məhdud şəxslərin sağlamlıqlarının möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır.
Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün davamlı tədbirlər həyata keçirir, onların iştirakı ilə idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edilir.
Ötən dövr ərzində paralimpiya idman növləri üzrə muxtar respublikada Federasiya tərəfindən bir sıra tədbirlər həyata keçirilib, bölmələr müvafiq vəsaitlərlə təmin edilib. Eyni zamanda, Paralimpiya Federasiyasının dəvəti ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin məşqçilər heyəti muxtar respublikaya dəvət olunub, onların iştirakı ilə məşqçi-müəllim və idmançı heyyəti üçün təlimlər təşkil olunub.
Bu tədbirlərin davamı olaraq, mövcud vəziyyətlə əlaqədar sağlamlıq imkanları məhdud şəxslərin asudə vaxtlarının səmərəli təşkili və idman bacarıqlarının inkişaf etdirilməsi üçün avqustun 14-də Azərbaycan Milli Paralimpiya Komitəsinin stolüstü tennis üzrə uşaq milli komandasının baş məşqçisi Ruhiyyə Qubuşovanın iştirakı ilə muxtar respublikada stolüstü tennis ilə məşğul olan paralimpiyaçılarla ilə onlayn formatda seminar keçirilib. Seminarda onlara müxtəlif məşq prosesləri haqqında müvafiq tövsiyyələr verilib, idmançıları maraqlandıran suallar cavablandırılıb. Muxtar respublikada müvafiq idman növü üzrə paralimpiyaçı məşqçi-müəllimlərin də iştirak etdiyi tədbirdə idmançılara ev şəraitində hazırlıq üsulları haqqında da zəruri informasiyalar verilib.

Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar arasında " dart" idman növü üzrə muxtar respublika birinciliyi keçirilmişdir.

6 avqust 2020-ci il tarixdə “Saat Meydanı” Turistik İstirahət Mərkəzində “12 avqust- Beynəlxalq Gənclər Günü” münasibətilə 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında dart idman növü üzrə muxtar respublika birinciliyi keçirilmişdir. Birinciliyin keçirilməsində məqsəd 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, onların asudə vaxtlarının səmərəli keçirilməsi, dart idman növünün inkişafı və 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasına nail olunması olmuşdur. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 16 sağlamlıq imkanları məhdud uşaq iştirak etmişdir. Yarışın yekun nəticəsinə əsasən Qəhrəmanov Yunis I, Mahmudlu Röyal II, Nuriyev Vahid III yerin sahibi olmuşlar. Qaliblərə təşkilatçıların diplom və hədiyyələri təqdim olunmuşdur.

Boccia idman növü üzrə rayon birinciliyi keçirilib

27 iyul 2020-ci il tarixdə Babək Rayon Gənclər və İdman İdarəsinin və Naxçıvan MR Paralimpiya Federasiyasının Babək Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə  Babək rayonunda sağlamlıq imkanları məhdud uşaqlar arasında boccia idman növü üzrə rayon birinciliyi keçirilib. Birincilikdə çıxış edənlər bildiriblər ki, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunmaları üçün də müəyyən addımlar atılıb. Bu gün muxtar respublikada bu kateqoriyadan olan uşaqlar daim diqqət mərkəzindədirlər. Bu tipli yarışların keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların idmana olan maraqlarını artırmaqla onlar arasında idmanın kütləviliyinə, muxtar respublikanın idman həyatında daha fəal iştirakına və sosial reabilitasiyasına nail olmaqdır. Daha sonra yarışa start verilib. Yekun nəticəyə əsasən, Yusif İsmayılov qalib adını qazanıb. Yunis Məmmədov və Röyal Mahmudlu isə ardıcıl olaraq II və III yerlərə layiq görülüblər. Yarış iştirakçılarına təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələr təqdim edilib

.