NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Boccia üzrə Sədərək Rayon birinciliyi keçirilmişdir

26 avqust 2020-ci il tarixdə Sədərək Rayon Gənclər və İdman İdarəsi və Paralimpiya Federasiyası Sədərək Rayon Bölməsinin birgə təşkilatçılığı ilə  sağlamlıq imkanları məhdud yeniyetmə və gənclər arasında boccia idman növü üzrə rayon birinciliyi keçirilmişdir. Birinciliyin yekun nəticəsinə əsasən Rzazadə Ziya I, Mehdiyev Elvin II, Hüseynov Elşən III yerin sahibi olumuşlar. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılmışlar. Qeyd edək ki, birincilikdə 6 paralimpiyaçı iştirak etmişdir.