03 mart 2021-ci il tarixdə Culfa şəhər Şahmat məktəbində Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının Culfa rayon bölməsi və Culfa rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə "5 Mart Bədən Tərbiyəsi və İdman Günü"nə həsr olunmuş sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar arasında şahmat üzrə Rayon birinciliyi keçirilmişdir.Bu birincilikdə 14 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşağın iştirakı təmin edilmişdir.Yarışın sonunda Nağıyev Turan Orxan oğlu I yerə, Məmmədov Elcan Əjdər oğlu II yerə, Babayev Ramin Ramiz oğlu III yerə layiq görülmüşdür.Qalib və fərqlənən paralimpiyaçılara diplomlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.
19 fevral 2021–ci il tarixdə Şahbuz rayon Gənclər və İdman idarəsi və Paralimpiya Federasiyasının Şahbuz rayon bölməsinin, Şahbuz rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar arasında şahmat üzrə rayon birinciliyi keçirilmişdir. 14 nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar iştirak etmişdir. Birincilikdə I yerə Abdullayev Hüseyn Tural oğlu, II yerə Hüseynli İradə Məzayıl qızı, III yerə Şirinov Suad Bəxtiyar oğlu layiq görülmüşdür. Birinciliyin qalibləri hədiyyələr və diplomlarla mükafatlandırılmışdır.
23 sentyabr 2020-ci il tarixdə Culfa şəhər Mərkəzi Futbol Meydançasının qaçış zolağında 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında 100 metr məsafəyə qaçış üzrə rayon birinciliyi keçirilmişdir. Yarışın keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud uşaqların sağlamlığı və realibitasiyasının təmin edilməsi və onlar arasında qaçış idman növünün inkişaf etdirilməsidir. Culfa Rayon Gənclər və İdman İdarəsinin və Naxçıvan MR Paralimpiya Federasiyasının Culfa Rayon Bölməsinin birgə təşkilatçılığı ilə keçirilən yarış 100 metr məsafə üzrə keçirilmişdir. Yekun nəticəyə əsasən Mürsəlov Cəlal Elmar oğlu I, Abbaslı Anar Vahid oğlu II, Zamanov Asim Telman oğlu III yerlərə layiq görülmüşlər. Qalib və fərqlənən idmançılar Culfa Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilmişlər.
18 sentyabr 2020-ci il tarixdə Ordubad şəhər İnternat məktəbində Gənclər və İdman İdarəsinin və Naxçıvan MR Paralimpiya Federasiyası Ordubad Rayon Bölməsinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar arasında boccia idman növü üzrə rayon birinciliyi keçirilib. Birincilikdə çıxış edənlər bildiriblər ki, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunmaları üçün də müəyyən addımlar atılıb. Bu gün muxtar respublikada bu kateqoriyadan olan uşaqlar daim diqqət mərkəzindədirlər. Bu tipli yarışların keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların idmana olan maraqlarını artırmaqla onlar arasında idmanın kütləviliyinə, muxtar respublikanın idman həyatında daha fəal iştirakına və sosial reabilitasiyasına nail olmaqdır. Daha sonra yarışa start verilib. Yekun nəticəyə əsasən, Məmmədəliyev İslam qalib adını qazanıb. İsmayıllı Mikayıl II yerə, Bayramova Ayçin III yerə layiq görülüblər. Yarışın qalibləri və fərqlənən iştirakçılara təşkilatçıların diplomları təqdim edilib.
11 sentyabr 2020-ci il tarixdə Naxçıvan şəhərindəki "Böyük bağ"da 1 oktyabr-“Beynəlxalq Ahıllar Günü”nə həsr olunmuş ahıl şəxslər arasında stolüstü idman oyunları (şahmat və dama) üzrə birincilik keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Paralimpiya Federasiyasının və Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə keçirilən birinciliyin məqsədi ahıl vətəndaşların asudə vaxtlarının səmərəli təşkili, onlar arasında stolüstü idman oyunlarına marağın artırılması və həmin oyunların ahıl vətəndaşlar arasında inkişaf etdirilməsi olmuşdur. 16 nəfərin birincilik uğrunda mübarizəsinin nəticəsində şahmat üzrə yarışda Fərzəliyev Seyran I, Talıbov Əşrəf II, Ələkbərov Vahid III, dama üzrə keçirilən yarışda isə Məmmədov Nurəli I, İsmayılov Qadir II, Muradov Çərkəz III yerin sahibi olmuşlar. Qaliblərə təşkilatçılar tərəfindən diplom və plaket, digər iştirakçılara fəxri fərmanlar təqdim olunmuşdur.