NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar arasında atletika üzrə Culfa rayon birinciliyi keçirilmişdir

23 sentyabr 2020-ci il tarixdə Culfa şəhər Mərkəzi Futbol Meydançasının qaçış zolağında  18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında 100 metr məsafəyə qaçış  üzrə rayon birinciliyi keçirilmişdir. Yarışın keçirilməsində məqsəd sağlamlıq imkanları məhdud uşaqların sağlamlığı və realibitasiyasının təmin edilməsi və onlar arasında qaçış idman növünün inkişaf etdirilməsidir. Culfa Rayon Gənclər və İdman İdarəsinin və Naxçıvan MR Paralimpiya Federasiyasının Culfa Rayon Bölməsinin birgə təşkilatçılığı ilə keçirilən yarış 100 metr məsafə üzrə keçirilmişdir. Yekun nəticəyə əsasən Mürsəlov Cəlal Elmar oğlu I, Abbaslı Anar Vahid oğlu II, Zamanov Asim Telman oğlu III yerlərə layiq görülmüşlər. Qalib və fərqlənən idmançılar Culfa Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilmişlər.