NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Boccia idman növü üzrə Kəngərli rayon birinciliyi keçirilmişdir.

Kəngərli Rayon Gənclər və İdman İdarəsi və Naxçıvan MR Paralimpiya Federasiyasının Kəngərli rayon bölməsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 11 paralimpiyaçı iştirak edib. Nəticələrə əsasən, Həqiqət Zeynalabdinova yarışın qalibi olub. Vəli Həsənli ilə Əlövsət Hacılı müvafiq olaraq ikinci və üçüncü sıralarda qərarlaşıblar. Qalib və fərqlənən iştirakçılara diplomlar təqdim edilib

 

Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar arasında qaçış üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.

Muxtar Respublika Stadionunda reallaşan birincilikdə sağlamlıq imkanları məhdud 18 yaşadək olan 24 paralimpiyaçı iştirak edib. Yarış sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, onların idmana cəlbi və paralimpiyaçılardan ibarət atletika üzrə yığma komandanın tərkibini müəyyən etmək məqsədilə keçirilib.
Nəticələrə əsasən, 100 metr məsafəyə qaçış üzrə ən yaxşı göstəriciyə Cəlal Mursəlli nail olub. Tural Abbasov finiş xəttinə ikinci çatıb. Məhəmməd Bağırov isə üçüncü olub. 200 metr məsafədə bütün rəqiblərini qabaqlayan Elşən Hüseynov qalib adına layiq görülüb. Əli İsayevlə İbrahim Tağıyev müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar.
Naxçıvan MR Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi birinciliyin sonunda ilk üçlükdəki idmançılar diplom və hədiyyələrlə mükafatlandırılıblar. Digərlərinə isə fəal iştiraka görə fəxri fərmanlar təqdim olunub.
       

Sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis idman növü üzrə birincilik keçirilib

Sağlamlıq imkanları məhdud uşaqlar arasında Paralimpiya Federasiyasının Naxçıvan şəhər bölməsi tərəfindən stolüstü tennis idman növü üzrə birincilik keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Üzgüçülük Mərkəzi və Naxçıvan MR Paralimpiya Federasiyasının Naxçıvan Şəhər Bölməsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 10-a yaxın idmançı iştirak edib.Çıxış edənlər yarışın əhəmiyyətindən bəhs edərək idmançılara uğurlar arzu ediblər.Birinciliyin yekun nəticələrinə əsasən, Rəfael Yusifov qalib adına layiq görülüb. Nihal İmanov ikinci, Hüseyn Əliyev isə üçüncü sırada qərarlaşıb.lk üçlükdə yer alan və fərqlənən idmançılara təşkilatçıların diplom və fəxri fərmanları təqdim edilib.

             

Sədərəkdə sağlamlıq imkanları məhdud yeniyetmə və gənclər üçün şahmat turniri keçirilib

Rayonun gənclər və idman idarəsi, təhsil şöbəsi, Şahmat və Paralimpiya Federasiyalarının Sədərək rayon bölmələrinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə 16 idmançı iştirak edib.
Yekun nəticələrə əsasən oğlanlar arasında Əkrəm Kərimli ilk pillədə qərarlaşıb. Uğur Həbibli və Samiq Tənifəyev turniri müvafiq olaraq ikinci, üçüncü sıralarda tamalayıblar.
Qızların yarışında isə Nərmin Lalayeva hər kəsdən öndə olub. Aynur ikinci, Fidan Kazımova isə üçüncü olub.
Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.
          

Sağlamlıq imkanları məhdud şəxslər arasında armrestlinq(qol güləşi) üzrə muxtar respublika birinciliyi keçirilib

4 mart 2021-ci il tarixdə Əlillərin Bərpa Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə “5 Mart-Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş sağlamlıq imkanları məhdud şəxslər arasında armrestlinq(qol güləşi) üzrə muxtar respublika birinciliyi keçirilmişdir. Birincilikdə 20 nəfər idmançı iştirak etmişdir. -75 kq çəki dərəcəsində Behbudov Habil I yerə, Hacıyev Zamin II yerə, Fərhadov Ramin III yerə, +75 kq çəki dərəcəsində Şirinov Telman I yerə, Həsənov Sərdar II yerə, Sadiqov İlqar III yerə layiq görülmüşlər. Qaliblər təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.