Sağlamlıq imkanları məhdud uşaqlar arasında Paralimpiya Federasiyasının Naxçıvan şəhər bölməsi tərəfindən stolüstü tennis idman növü üzrə birincilik keçirilib. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Üzgüçülük Mərkəzi və Naxçıvan MR Paralimpiya Federasiyasının Naxçıvan Şəhər Bölməsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 10-a yaxın idmançı iştirak edib.Çıxış edənlər yarışın əhəmiyyətindən bəhs edərək idmançılara uğurlar arzu ediblər.Birinciliyin yekun nəticələrinə əsasən, Rəfael Yusifov qalib adına layiq görülüb. Nihal İmanov ikinci, Hüseyn Əliyev isə üçüncü sırada qərarlaşıb.lk üçlükdə yer alan və fərqlənən idmançılara təşkilatçıların diplom və fəxri fərmanları təqdim edilib.