NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar arasında şahmat üzrə Şahbuz rayon birinciliyi keçirilmişdir.

19 fevral 2021–ci il tarixdə Şahbuz rayon Gənclər və İdman idarəsi və Paralimpiya Federasiyasının Şahbuz rayon bölməsinin, Şahbuz rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar arasında  şahmat üzrə rayon birinciliyi keçirilmişdir. 14 nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar iştirak etmişdir. Birincilikdə  I yerə Abdullayev Hüseyn Tural oğlu, II yerə Hüseynli İradə Məzayıl qızı, III yerə Şirinov Suad Bəxtiyar oğlu layiq görülmüşdür. Birinciliyin qalibləri hədiyyələr və diplomlarla mükafatlandırılmışdır.