12 Avqust – Beynəlxalq Gənclər Günü ilə bağlı təsdiq olunan tədbirlər planına uyğun olaraq keçirilən görüş Uşaq Bərpa Mərkəzində reallaşıb. Oyunda “Babək” və “Culfa” komandalarından yaşı 18-dək olan 8 paralimpiyaçı iştirak edib.
Naxçıvan MR Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi yoldaşlıq görüşü sağlamlıq imkanları məhdud uşaq və yeniyetmələrin reabilitasiyası, onların idmana cəlbi və bocciaya olan maraqlarının yüksəldilməsi məqsədilə keçirilib.
Nəticələrə əsasən, ümumi hesabda 2:0 hesablı üstünlük əldə edən Babək idmançıları görüşün qalibi olub. Sonda bütün idmançılara hədiyyələr təqdim olunub.