NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Vətən müharibəsi iştirakçıları atıcılıq yarışında iştirak ediblər

Naxçıvan Atıcılıq Mərkəzində paralimpiyaçılar arasında atıcılığın stend növü üzrə muxtar respublika açıq birinciliyi keçirilib. İştirakçılar arasında qazilərimiz də olub. Yarışa ümumilikdə 16 nəfər qatılıb. Nəticələrə əsasən Şəmsəddin Əsədov birinci olub. İlk üçlüyü müvafiq ardıcıllıqla Asəf Süleymanovla Elvin Quliyev tamamlayıblar. Mükafatlandırma mərasimində çıxış edən Gənclər və idman naziri Ramil Hacı, Paralimpiya Federasiyasının sədri Nicat Babayev və Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli yarışın əhəmiyyəti barədə danışıb, iştirakçılara uğurlar arzu ediblər. Qeyd olunub ki, bu kimi tədbirlər bundan sonra da davam etdiriləcək. Yekunda iştirakçılara diplom, kubok və hədiyyələr təqdim edilib. Yarış Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Atıcılıq və Paralimpiya federasiyaları tərəfindən birgə təşkil olunub.