NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Paralimpiyaçılarımızın taktiki-texniki hazırlığı artırılır

Naxçıvan idmançıları “qolbol” idman növü üzrə milli komandamızla birgə baş məşqçi Zahir Abdullayevin rəhbərliyi ilə keçirilən təlim-məşq toplanışında iştirak ediblər. Azərbaycan Milli Paralimpiya Komitəsinin dəvəti ilə Balakən şəhərində təşkil olunan toplanışa Naxçıvan Paralimpiya Federasiyasının qolbol bölməsindən məşqçi-müəllim Turan Hüseynov və 3 paralimpiyaçı - Kamal Yusifli, Qəzənfər Zamanov və Samir İmamquliyev qatılıblar. 10 günlük toplanış ərzində “Naxçıvan” və “Bakı” komandaları arasında yoldaşlıq görüşü də təşkil olunub. Oyun muxtar respublika təmsilçisinin qələbəsi ilə yekunlaşıb. Komandamız qələbə münasibətilə, həmçinin toplanışda fəal iştiraka görə təltif edilib.
Qeyd edək ki, paralimpiyaçılarımızdan Qəzənfər Zamanov baş məşqçinin etimadını qazanaraq milli komandamızın heyətinə dəvət olunub.