NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Kəngərlidə dart idman növü üzrə rayon birinciliyi keçirilib

Yaşı 18-dək olan sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən birincilik Qıvraq qəsəbə tam orta məktəbində reallaşıb. Gənclər və idman idarəsi ilə Paralimpiya Federasiyasının rayon bölməsi tərəfindən birgə təşkil edilən yarışda 14 paralimpiyaçı iştirak edib. Məqsəd sağlamlıq imkanları məhdud uşaq və gənclərin idmana cəlbi, onların reabilitasiyası və asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub.
Nəticələrə əsasən, Fatimə Həsənova ən yaxşı göstərici ilə qalib olub. Əlövsəd Hacılı və Nurlana Hüseynquliyeva müvafiq olaraq ikinci, üçüncü pillələrdə qərarlaşıblar.
Yarışın sonunda iştirakçıların hər birinə diplom təqdim edilib.