Babək rayonunda sağlamlıq imkanları məhdud uşaqlar arasında boccia yarışı keçirilib
Babək Rayon Gənclər və İdman İdarəsi və Naxçıvan Paralimpiya Federasiyasının Babək rayon bölməsinin birgə təşkilatçılığı ilə yaşı 18-dək olan sağlamlıq imkanları məhdud uşaqlar arasında boccia üzrə rayon birinciliyi reallaşıb. Babək şəhər 1 nömrəli tam orta məktəbin idman zalında keçirilən yarışda 8 idmançı iştirak edib.
Olimpiya sistemi üzrə keçirilən birinciliyin yekun nəticələrinə əsasən, Zəka Abdullazadə 1-ci yerə layiq görülüb. Yusif İsmayılov yarışı 2-ci, Yunis Məmmədov isə 3-cü sırada tamamlayıb.
İlk üçlük və həvəsləndirici yerlərdə qərarlaşanlara diplom və qiymətli hədiyyələr təqdim edilib.