18 sentyabr 2020-ci il tarixdə Ordubad şəhər İnternat məktəbində Gənclər və İdman İdarəsinin və Naxçıvan MR Paralimpiya Federasiyası Ordubad Rayon Bölməsinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar arasında boccia idman növü üzrə rayon birinciliyi keçirilib. Birincilikdə çıxış edənlər bildiriblər ki, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunmaları üçün də müəyyən addımlar atılıb. Bu gün muxtar respublikada bu kateqoriyadan olan uşaqlar daim diqqət mərkəzindədirlər. Bu tipli yarışların keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların idmana olan maraqlarını artırmaqla onlar arasında idmanın kütləviliyinə, muxtar respublikanın idman həyatında daha fəal iştirakına və sosial reabilitasiyasına nail olmaqdır. Daha sonra yarışa start verilib. Yekun nəticəyə əsasən, Məmmədəliyev İslam qalib adını qazanıb. İsmayıllı Mikayıl II yerə, Bayramova Ayçin III yerə layiq görülüblər. Yarışın qalibləri və fərqlənən iştirakçılara təşkilatçıların diplomları təqdim edilib.