20 avqust 2020- ci il tarixdə Şərur Rayon Gənclər və İdman İdarəsi və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının Şərur Rayon bölməsinin birgə təşkilatçılığı ilə, sağlamlıq imkanları məhdud uşaqlar arasında 100 metr məsafəyə qaçış üzrə Rayon birinciliyi keçirilmişdir.Şərur Rayon Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan birincilikdə 9 sağlamlıq imkanları məhdud uşaq iştirak edib. Birinciliyin nəticəsinə görə Pünhan Səfərov I yerə, Engin Novruzov II yerə, Emil Cabbarov isə III yerə layiq görülüb. Qaliblər təşkilatçılar tərəfindən diplom və fəxri fərmanlarla mükafatlandırılıblar.