NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Boccia idman növü üzrə rayon birinciliyi keçirilib

27 iyul 2020-ci il tarixdə Babək Rayon Gənclər və İdman İdarəsinin və Naxçıvan MR Paralimpiya Federasiyasının Babək Rayon Şöbəsinin birgə təşkilatçılığı ilə  Babək rayonunda sağlamlıq imkanları məhdud uşaqlar arasında boccia idman növü üzrə rayon birinciliyi keçirilib. Birincilikdə çıxış edənlər bildiriblər ki, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunmaları üçün də müəyyən addımlar atılıb. Bu gün muxtar respublikada bu kateqoriyadan olan uşaqlar daim diqqət mərkəzindədirlər. Bu tipli yarışların keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların idmana olan maraqlarını artırmaqla onlar arasında idmanın kütləviliyinə, muxtar respublikanın idman həyatında daha fəal iştirakına və sosial reabilitasiyasına nail olmaqdır. Daha sonra yarışa start verilib. Yekun nəticəyə əsasən, Yusif İsmayılov qalib adını qazanıb. Yunis Məmmədov və Röyal Mahmudlu isə ardıcıl olaraq II və III yerlərə layiq görülüblər. Yarış iştirakçılarına təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələr təqdim edilib

.