Şahbuzda boccia birinciliyi keçirilib
Sağlamlıq imkanları məhdud uşaqların idmana cəlbi, reabilitasiyası, asudə vaxtlarının səmərəli təşkili və boccia idman növünə marağın artırılması məqsədilə keçirilən yarış Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə reallaşıb. Gənclər və İdman İdarəsi və Naxçıvan Paralimpiya Federasiyasının rayon bölməsi tərəfindən birgə təşkil olunan birincilikdə 8 yeniyetmə qələbə uğrunda mübarizə aparıb. Yekun nəticələrə əsasən, Vahid Nuriyev yarışın qalibi olub. Amin Cəfərli ikinci, Elbrus Yusifov isə üçüncü olub.
Qalib və fərqlənən idmançılara diplom təqdim edilib.