NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Culfa rayonunda sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar arasında Boccia idman növü üzrə rayon birinciliyi keçirilmişdir.

19 oktyabr 2021-ci il tarixdə Culfa şəhər 2 №-li tam orta məktəbinin idman zalında Culfa Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının Culfa rayon bölməsi və Culfa rayon Gənclər və İdman idarəsinin birgə təşkilaçılığı ilə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar arasında Boccia idman növü üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə 11 sağlamlıq imkanları məhdud uşaq iştirak edib.
Yekun nəticədə Rayon paralimpiyaçılarından Məmmədov Elcan Əjdər oğlu I yerə, Əsədli Əli Elbrus oğlu II yerə, Mürsəlli Cəlal Elmar oğlu III yerə, layiq görülmüşdür.Qalib və fərqlənən paralimpiyaçılara diplomlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.