14 oktyabr 2021-ci il tarixdə Naxçıvan Şahmat Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Paralimpiya və Şahmat federasiyalarının birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar arasında şahmat üzrə birincilik keçirilmişdir. Yarışın keçirilməsində məqsəd fiziki imkanları məhdud şəxslərin asudə vaxtının səmərəli təşkili, şahmat idman növünə marağın artırılması, bu qəbildən olan şəxslər arasında şahmat idman növünün inkişaf etdirilməsi və onların cəmiyyətə inteqrasiyasını sürətləndirməkdən ibarətdir. 20 paralimpiyaçının iştirak etdiyi birincilikdə Nağıyev Turan I yerə, Cəfərli Anar II yerə, Novruzov Hüseyn III yerə layiq görülüblər. İlk üçlükdə qərarlaşan idmançılara pul mükafatı və diplom, digər iştirakçılara isə təşkilatçıların diplom və hədiyyələri təqdim olunub.