Sentyabırın 8-də Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının 25-dək idmançası və məşqçi müəllim azərbaycanlı yazıçı, dramaturq, jurnalist, ictimai xadim, böyük satirik, ədib Cəlil Məmmədquluzadənin Ev Muzeyini ziyarət ediblər.
Müzeyin əməkdaşı bildirilib ki, muzeydə böyük ədibin həyat və yaradıcılığına dair ekspozisiya nümayiş etdirilməkdədir. Cəlil Məmmədquluzadəyə və onun ailəsinə məxsus şəxsi məişət əşyaları, o cümlədən yazıçının naxçıvanlı müasirlərinə aid tarixi sənədlər, onun mütaliə etdiyi klassiklərin əsərləri və şəxsi kitabxanası muzeyin eksponatları arasındadır. Həmçinin muzeydə 1900-dən çox eksponat qorunub saxlanılır və “Molla Nəsrəddin” jurnalının orjinal nüsxələri, hekayələrinə çəkilmiş illuturasiyalar və müxtəlif əsərləri ilə bağlı yığılan maketlər nümayiş etdirilir.
İdmançılar müzeydən xoş ovqatla ayrılıblar.
Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən 26-28 avqust tarixlərində Ağbulaq İstirahət Mərkəzində idmançıların istirahətləri təşkil edilib.
Paralimpiya Federasiyasının 30 idmançısını Ağbulaq İstirahət Mərkəzində təşkilatçı qurumların əməkdaşları qarşılayıblar. Üç günlük istirahət proqrama uyğun olaraq təşkil edilib. Tanışlıqdan sonra idmançılar nahar yeməyinə yollanıblar. Onlar əvvəlcə Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanış olub, “Ağbulaq” bulağına yürüş ediblər. Daha sonra vətənpərvərlik mövzusunda film nümayiş etdirilib. İstirahətin ilk günü şahmat və stolüstü tennis idman növləri üzrə yarışlar da təşkil olunub.
İkinci gün idmançılar mərkəzin stadionunda mini-futbol qarşılaşmasında qüvvələrini sınayıblar. Sonra isə onlar üçün tamaşa göstərilib.
Növbəti günə səhər gimnastikası ilə başlayan idmançılar əyləncəli oyunlarda iştirak edib, vətənpərvərlikmövzusunda mahnılar dinləyiblər. Futbol yarışı da yaddaqalan olub. İdmançılar Şahbuz Dövlət Təbiət Qoruğunu da ziyarət ediblər. Nahar yeməyindən sonra gənclər Naxçıvan şəhərinə qayıdıblar.
İyul ayının 29-da Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının təşkilatçılığı ilə keçirilən birincilik üzrə yaşı 18 yaşadək olan 12 sağlamlıq imkanları məhdud uşaq arasında stolüstü tennis idman növü üzrə yarış keçirilmişdir.
Naxçıvan şəhərindəki Uşaq Bərpa Mərkəzində reallaşan yarışın sonunda rəqiblərini məğlub yola salan Səfərov Allahverən Elxan oğlu qalib olub. İmanov Nihat Nicat oğlu 2-ci, Məmmədov Orxan Arif oğlu və Muradov Suat Elnur oğlu 3-cü yerlərə laiq görülüblər.
Sonda qaliblərə diplom, fəqrlənən idmançılara isə fəxri fərmanlar təqdim olunub.
İyul ayının 27-də Naxçıvan Əlillərin Bərpa Mərkəzində Azərbaycan Milli Paralimpiya Komitəsinin masaüstü tennis idman növü üzrə baş məşqçisi Qubuşova Ruhiyyə və II Respublika Uşaq Paralimpiya Oyunlarının qalibləri Aytac Qasımova və Urfan Əsədovla 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlarla və onların valideyinləri ilə görüş keçirilmişdir. Görüşün təşkilində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların idman bölmələrinə o cümlədən idmanın masaüstü tennis bölməsinə cəlb etməkdən ibarət olmuşdur.
Görüşü Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov açaraq ölkəmizdə və muxtar respublikamızda idmana yaradılan şəraitdən və idmana göstərilən dövlət qayğısından söz açmışdır. Uşaq Bərpa Mərkəzinin baş həkimi Şəhla Əhmədova sağlamlıq imkanları məhdud şəxslərin sosial reabilitasiyasında idmanın növü mövzusunda məlumat vermişdir.
Daha sonra Azərbaycan Milli Paralimpiya Komitəsinin masaüstü tennis idman növü üzrə baş məşqçisi Qubuşova Ruhiyyə çıxış edərək stolüstü tennis idman növü haqqında valideyinlərə ətraflı məlumat vermiş, bu idman növünün sağlamlıq imkanları məhdud şəxslər arasında inkişafı üçün hər cür şərait olduğun bildirmiş, keçirilən məşqlər haqqında ətraflı məlumat vermişdir.
Sonra valideynləri maraqlandıran suallar cavablandırılmış və valideyinlər onlara göstərilən diqqət və qayğıya görə minntədarlıqların bildirmişdir.
İyul ayının 26-da Şərur Olimpia İdman Kompleksində Naxçıvan Paralimpiya Federasiyasının Şərur rayonunda fəaliyyət göstərən masaüstü tennis bölməsinə cəlb olunan 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar üçün təlim məşq toplantısı keçirilmişdir. Toplantıya sağlamlıq imkanları məhdud uşaqların idman bölmələrinə o cümlədən idmanın masaüstü tennis bölməsinə cəlb etmək məqsədilə Şərur rayonunun ərazisində yaşayan 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar və onların valideyinləri dəvət edilmişlər. Təlim məşq toplantısında Azərbaycan Milli Paralimpiya Komitəsinin masaüstü tennis idman növü üzrə baş məşqçisi Qubuşova Ruhiyyə, II Respublika Uşaq Paralimpiya Oyunlarının qalibləri Aytac Qasımova və Urfan Əsədov tərəfindən məşqçi müəllim və sağlamlıq imkanları məhdud uşaqlara tennis idman növü haqqında ətraflı məlumat verilmişdir.
Ətraflı məlumat verildikdən sonra təlim məşqlərə başlanılmışdır.