NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

08.09.2017 - Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının idmançıları Cəlil Məmmədquluzadənin Ev Muzeyini ziyarət ediblər

Sentyabırın 8-də Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının 25-dək idmançası və məşqçi müəllim azərbaycanlı yazıçı, dramaturq, jurnalist, ictimai xadim, böyük satirik, ədib Cəlil Məmmədquluzadənin Ev Muzeyini ziyarət ediblər.

Müzeyin əməkdaşı bildirilib ki, muzeydə böyük ədibin həyat və yaradıcılığına dair ekspozisiya nümayiş etdirilməkdədir. Cəlil Məmmədquluzadəyə və onun ailəsinə məxsus şəxsi məişət əşyaları, o cümlədən yazıçının naxçıvanlı müasirlərinə aid tarixi sənədlər, onun mütaliə etdiyi klassiklərin əsərləri və şəxsi kitabxanası muzeyin eksponatları arasındadır. Həmçinin muzeydə 1900-dən çox eksponat qorunub saxlanılır və “Molla Nəsrəddin” jurnalının orjinal nüsxələri, hekayələrinə çəkilmiş illuturasiyalar və müxtəlif əsərləri ilə bağlı yığılan maketlər nümayiş etdirilir.

İdmançılar müzeydən xoş ovqatla ayrılıblar.