NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

16.10.2018 - Sağlamlıq imkanları məhdud şəxslər arasında pauerliftinq üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi birincilikdə 20-ə yaxın idmançı iştirak edib. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən birincilikdə idmançılar -75 və +75 kiloqram çəki dərəcələrində mübarizə aparıblar. 

Yekun nəticəyə əsasən, 75 kiloqram çəki dərəcəsindən az olan idmançıların mübarizəsində Nihal İmanov qalib adını qazanıb. Yasin Nağıyev ikinci, Arzuman Məmmədov üçüncü olub.
+75 çəki dərəcəsində isə ilk üç pillədə Turan Hüseynov, Şahin Məmmədov və Araz Behbudov qərarlaşıblar.
Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

14.09.2018 - Sağlamlıq imkanları məhdud uşaqlar arasında üzgüçülük üzrə yarış keçirilib

Sentyabrın 14-də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar arasında  üzgüçülük üzrə yarış keçirilib. Naxçıvan şəhərində yerləşən Üzgüçülük Mərkəzində keçirilən yarışda sağlamlıq imkanları məhdud 14 uşaq iştirak edib.

Yarışın yekun nəticələrinə əsasən, oğlanlar arasında keçirilən müsabiqədə iştirakçılardan Allahverən Səfərov birinci, Fərid Qafarlı ikinci və Hüseyn Abdulluayev üçüncü yerlərə, qızlar arasında keçirilən yarışın yekun nəticələrinə əsasən  Səkinə Rəhimli birinci, Mələk Əhmədzadə ikinci, Nurgül Müslümova isə üçüncü yerlərə layiq görülüblər. Sonda qaliblərə fəxri fərmanlar, digər yarış iştirakçılarına isə həvəsləndirici mükafatlar  təqdim edilib.

Qeyd edək ki, hazırda Paralimpiya Federasiyasının Naxçıvan şəhərində və Şərur rayonunda üzgüçülük üzrə bölmələri fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə  idman tədbirlərinin keçirilməsində əsas məqsəd onlarınn muxtar respublikanın idman həyatında daha fəal iştirakına və sosial reabilitasiyasına nail olmaqdır.

14.08.2018 - Sağlamlıq imkanları məhdud şəxslər arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilib

Sağlamlıq imkanları məhdud şəxslərin muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyası, habelə onlar arasında idmanın kütəviliyinə nail olunması və asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə avqustun 14-də Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və  Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə voleybol üzrə yoldaşlıq görüşü keşirilib. “Culfa” və “Babək” komandalarıarasında keçirilən oyun Culfa komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.       

Yoldaşlıq görüşünün keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud şəxslər arasında voleybol idman növünün inkişafını təmin etməkdəm ibarətdir.

12.07.2018 - Sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis üzrə muxtar respublika birinciliyi keçirilib

İyulun 12-də Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar  arasında  stolüstü tennis üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan şəhərində yerləşən Üzgüçülük Mərkəzində keçirilən yarışda sağlamlıq imkanları məhdud 12 uşaq iştirak edib.

Yarışın yekun nəticələrinə əsasən, iştirakçılardan Allahverən Səfərov birinci, Nihal İmanov ikinci, Elvin Qədimov və Əmrah Hüseynov isə üçüncü yerlərə layiq görülüblər. Sonda qaliblərə diplomlar, digər yarış iştirakçılarına isə fəxri fərmanlar  təqdim edilib.

04.07.2018 - Sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə Ağbulaq İstirahət Mərkəzində “Yay Məktəbi”nə start verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Poqramı”nın müəyyənləşdirdiyi vəzifələrin icrası uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində təşkil ediləcək gənclərin yay məktəbinin qrafikinə uyğun olaraq Ağbulaq İstirahət Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların “Yay məktəbi”nə start verilib.

Nəzərdə tutulmuş proqrama uyğun olaraq uşaqlar iyulun 3-də Naxçıvan şəhərindən Ağbulaq İstirahət Mərkəzinə yola düşüb və İstirahət Mərkəzi ilə tanış olublar. Məktəbin ilk günü uşaqlar arasında dama, növbəti gün isə boccia yarışları keçirilib.

Yarışın yekun nəticələrinə əsasən boccia üzrə iştirakçılardan İlqar Yunisov birinci, Sərxan Əliyev ikinci, Kamal Sadiqov isə üçüncü yerlərə, eləcədə dama üzrə iştirakçılardan Allahverən Səfərov birinci, Elmin Hüseynov ikinci, Qabil Qasaşvili isə üçüncü yerlərə layiq görülüblər. Sonda qaliblərə Federasiyanın qiymətli hədiyyələri, digər yarış iştirakçılarına isə diplomlar  təqdim edilib.