NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

04.07.2018 - Sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə Ağbulaq İstirahət Mərkəzində “Yay Məktəbi”nə start verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Poqramı”nın müəyyənləşdirdiyi vəzifələrin icrası uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində təşkil ediləcək gənclərin yay məktəbinin qrafikinə uyğun olaraq Ağbulaq İstirahət Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların “Yay məktəbi”nə start verilib.

Nəzərdə tutulmuş proqrama uyğun olaraq uşaqlar iyulun 3-də Naxçıvan şəhərindən Ağbulaq İstirahət Mərkəzinə yola düşüb və İstirahət Mərkəzi ilə tanış olublar. Məktəbin ilk günü uşaqlar arasında dama, növbəti gün isə boccia yarışları keçirilib.

Yarışın yekun nəticələrinə əsasən boccia üzrə iştirakçılardan İlqar Yunisov birinci, Sərxan Əliyev ikinci, Kamal Sadiqov isə üçüncü yerlərə, eləcədə dama üzrə iştirakçılardan Allahverən Səfərov birinci, Elmin Hüseynov ikinci, Qabil Qasaşvili isə üçüncü yerlərə layiq görülüblər. Sonda qaliblərə Federasiyanın qiymətli hədiyyələri, digər yarış iştirakçılarına isə diplomlar  təqdim edilib.