NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

28.04.2018 - Paralimpiyaçılar arasında qaçış üzrə Muxtar Respublika birinciliyi keçirilmişdir

27 aprel 2018-ci il tarixdə məhdud fiziki imkanlı  şəxslər arasında 100 və 200 metr məsafələrə qaçış üzrə muxtar respublika birinciliyi keçirilmişdir. Naxçıvan şəhərində yerləşən Muxtar Respublika Stadionunda keçirilən birincilikdə 20 nəfər paralimpiyaçı iştirak etmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın yekun nəticələrinə əsasən aşağıdakı nəticələr qeydə alınmışdır :

100 metr məsafəyə qaçış üzrə :
- Dinar Rzayev (I yer)
- Vasif Məmmədov (II yer)
- İlqar Sadıqov (III yer)
200 metr məsafəyə qaçış üzrə :
- Turqut Tağıyev (I yer)
- Orxan Hüseynov (II yer)
- Anar İsayev (III yer)
Qalib və fərqlənən iştirakçılar Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının qiymətli hədiyyələri və diplomlarla mükafatlandırılmışdır.
Qeyd edək ki, birincilik Paralimpiya Federasiyasının və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman 
Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutmuşdur.