NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

16.10.2018 - Sağlamlıq imkanları məhdud şəxslər arasında pauerliftinq üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi birincilikdə 20-ə yaxın idmançı iştirak edib. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən birincilikdə idmançılar -75 və +75 kiloqram çəki dərəcələrində mübarizə aparıblar. 

Yekun nəticəyə əsasən, 75 kiloqram çəki dərəcəsindən az olan idmançıların mübarizəsində Nihal İmanov qalib adını qazanıb. Yasin Nağıyev ikinci, Arzuman Məmmədov üçüncü olub.
+75 çəki dərəcəsində isə ilk üç pillədə Turan Hüseynov, Şahin Məmmədov və Araz Behbudov qərarlaşıblar.
Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.