NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

13.06.2018 - 15 iyun – Milli Qurtuluş Günü münasibətilə sağlamlıq imkanları məhdud uşaqlar arasında Boccia idman növü üzrə yarış keçirilib

İyunun 13-də Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar  arasında  15  İyun - Milli Qurtuluş Gününə münasibətilə Boccia idman növü üzrə yarış keçirilib. İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən yarışda sağlamlıq imkanları məhdud 31 uşaq iştirak edib.

Yarışın yekun nəticələrinə əsasən, iştirakçılardan Əli Rüstəmov birinci, Şıxı Şıxıyev ikinci, Amil Cəfərzadə və Fuad Rzayev isə üçüncü yerlərə layiq görülüblər. Sonda qaliblərə Federasiyanın qiymətli hədiyyələri, digər yarış iştirakçılarına isə diplomlar  təqdim edilib.

Qeyd edək ki, idman tədbirinin keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların muxtar respublikanın idman həyatında daha fəal iştirakına və sosial reabilitasiyasına nail olmaqdır. Hazırda, Paralimpiya Federasiyasının muxtar respublikanın bütün şəhər və rayonlarında boccia bölmələri fəaliyyət göstərir. Bu idman növünün muxtar respublikada inkşafı məqsədilə aprel ayında Federasiya tərəfindən Naxçıvana dəvət olunmuş Azərbaycan milli komandasının məşqçilər heyətinin iştirakı ilə təlim-məşq toplantıları və seminarlar təşkil olunub.