İyulun 12-də Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan şəhərində yerləşən Üzgüçülük Mərkəzində keçirilən yarışda sağlamlıq imkanları məhdud 12 uşaq iştirak edib.
Yarışın yekun nəticələrinə əsasən, iştirakçılardan Allahverən Səfərov birinci, Nihal İmanov ikinci, Elvin Qədimov və Əmrah Hüseynov isə üçüncü yerlərə layiq görülüblər. Sonda qaliblərə diplomlar, digər yarış iştirakçılarına isə fəxri fərmanlar təqdim edilib.