NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

14.09.2018 - Sağlamlıq imkanları məhdud uşaqlar arasında üzgüçülük üzrə yarış keçirilib

Sentyabrın 14-də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar arasında  üzgüçülük üzrə yarış keçirilib. Naxçıvan şəhərində yerləşən Üzgüçülük Mərkəzində keçirilən yarışda sağlamlıq imkanları məhdud 14 uşaq iştirak edib.

Yarışın yekun nəticələrinə əsasən, oğlanlar arasında keçirilən müsabiqədə iştirakçılardan Allahverən Səfərov birinci, Fərid Qafarlı ikinci və Hüseyn Abdulluayev üçüncü yerlərə, qızlar arasında keçirilən yarışın yekun nəticələrinə əsasən  Səkinə Rəhimli birinci, Mələk Əhmədzadə ikinci, Nurgül Müslümova isə üçüncü yerlərə layiq görülüblər. Sonda qaliblərə fəxri fərmanlar, digər yarış iştirakçılarına isə həvəsləndirici mükafatlar  təqdim edilib.

Qeyd edək ki, hazırda Paralimpiya Federasiyasının Naxçıvan şəhərində və Şərur rayonunda üzgüçülük üzrə bölmələri fəaliyyət göstərir. Sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə  idman tədbirlərinin keçirilməsində əsas məqsəd onlarınn muxtar respublikanın idman həyatında daha fəal iştirakına və sosial reabilitasiyasına nail olmaqdır.