NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

25.02.2019 - Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının iclası keçirilib

Fevralın 25-də Naxçıvan Muxtar Respublika Stadionunda Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının iclası keçirilib. 
Yığıncağın gündəliyində Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının fəaliyyəti və görülən işlərin hesabatı, eləcə də federasiyanın yeni sədrinin seçilməsi olub.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov açaraq bildirib ki, muxtar respublikada bütün sahələrdə olduğu kimi, idman sahəsində də mühüm işlər görülür. Yaradılan şəraitdən səmərəli istifadə edən gənclər bütün idman növlərinə maraq göstərirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmləndirilib. 
Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov çıxış edərək vurğulayıb ki, muхtаr rеspublikаdа fiziki imkanları məhdud insаnlаrın cəmiyyətə intеqrаsiyаsı, sosial reabilitasiyası sаhəsində ardıcıl və məqsədyönlü tədbirlər həyаtа kеçirilir, onlar arasında idmаnın kütləviliyinə nail olunmasına çalışılır. İdman sahəsinə göstərilən davamlı dövlət qayğısı nəticəsində muxtar respublikada paralimpiyaçıların sıraları daha da genişlənib və bu sahədə müxtəlif idman tədbirlərinin keçirilməsinə əlverişli şərait yaradılıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov çıxışında qeyd edib ki, muxtar respublikamızda idman və idmançılara hərtərəfli dövlət qayğısı nəticəsində gənc və yeniyetmələrin idmanın müxtəlif növlərinə marağı günü-gündən artmaqdadır. Bu məqsədlə, nazirlik muxtar respublika ərazisində yaradılan bütün idman federasiyaları ilə birgə fəaliyyət göstərir və bu sahədə dövlət siyasətinin tənzimləməsini həyata keçirir. Qeyd edilib ki, adıçəkilən müşavirədə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarına bir sıra tapşırıqlar verilib. Həmin tapşırıqlara əsasən Paralimpiya Federasiyasında sağlamlıq imkanları məhdud insanların idmana cəlbi, idman yarışlarının kütləviliyinin artırılması, federasiya tərəfindən istedadlı gənclərin məlumat bankının yaradılması və hər yarışdan sonra yenilənməsi təmin edilməlidir. 
Sonra Azad Cabbarov çıxış edərək bildirib ki, muxtar respublikada müasir idman məktəbləri və idman qurğuları tikilib, ayrı-ayrı idman növləri üzrə 12 federasiya yaradılıb. Ali Məclis Sədrinin diqqəti nəticəsində 2006-cı ildə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının əsası qoyulub. Naxçıvanda sağlamlıq imkanı məhdud uşaq, yeniyetmə və gənclərin bu sahəyə cəlb edilməsi üçün maddi-texniki baza möhkəmləndirilib, bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilib.
Azad Cabbarov diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə Nicat Babayev Əmək və Əhalinin Sosial Müdafiə naziri təyin edilib. O, gənclər və idman naziri Nicat Babayevin Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasına sədrliyinə namizədliyini irəli sürüb.
Təklif yekdilliklə qəbul olunub və Nicat Babayev Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədri seçilib.
Yeni təyin olunan federasiya sədri çıxış edərək qeyd edib ki, muxtar respublika rəhbəri tərəfindən hər zaman sağlamlıq imkanları məhdud insanlara diqqət və qayğı göstərilir. Nicat Babayev Paralimpiya Federasiyasının bundan sonrakı fəaliyyətini günün tələbləri səviyyəsində quracağını, sağlamlıq imkanları məhdud insanların idmana cəlbinə diqqətlə yanaşacağını bildirib. Sonda federasiya sədri yaradılan şəraitə görə Ali Məclis Sədrinə minnətdarlığını bildirib. 
Tədbirə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov yekun vurub yığıncaq iştirakçıları adından Nicat Babayevi Paralimpiya Federasiyasının sədri seçilməsi münasibətilə təbrik edib.

05.02.2019 - Paralimpiya Federasiyasında yığıncaq keçirilib

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncaq olub.
Yığıncağı giriş sözü ilə açan Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov bildirib ki, Naxçıvan Muхtаr Rеspublikаsındа fiziki imkanları məhdud insаnlаrın cəmiyyətə intеqrаsiyаsı, sosial reabilitasiyası sаhəsində ardıcıl və məqsədyönlü tədbirlər həyаtа kеçirilir, onlar arasında idmаnın kütləviliyinə nail olunmasına çalışılır. İdman sahəsinə göstərilən davamlı dövlət qayğısı nəticəsində muxtar respublikada paralimpiyaçıların sıraları daha da genişlənib və bu sahədə müxtəlif idman tədbirlərinin keçirilməsinə əlverişli şərait yaradılıb. Hesabat dövrü ərzində Naxçıvan Muхtаr Rеspublikаsı Paralimpiya Federasiyası bir sıra tədbirlər keçirib.
Vüqar Məmmədov qeyd edib ki, muxtar respublikada boccia məşqçilərinin bacarıqlarını daha da artırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının dəvəti ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia üzrə milli komandasının baş məşqçisi, Azərbaycan Boccia İdman Federasiyasının katibi İlham Məhərrəmovun rəhbərliyi ilə məşqçilər heyəti muxtar respublikaya dəvət edilib, təlim-məşqlər olub. Hazırda Paralimpiya Federasiyasının Naxçıvan şəhərində qolbol bölməsi, Naxçıvan şəhərində və Şərur rayonunda üzgüçülük üzrə bölmələri, Naxçıvan şəhəri, Şərur və Sədərək rayonlarıda stolüstü tennis bölmələri, Naxçıvan şəhərində və bütün rayonlarda boccia bölmələri fəaliyyət göstərir. Vurğulanıb ki, 2018-ci ilin dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilən müşavirədə federasiyalara müvafiq tapşırıqlar verilib. Tapşırıqlarının icrasını federasiyamız diqqət mərkəzində saxlayır və müvafiq tədbirlər həyata keçirməyə çalışacaqdır.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini Məcid Seyidov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi altında muxtar respublikamızda da idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisində 10 dekabr 2018-ci il tarixdə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarına bir sıra tapşırıqlar verilib. Buna əsasən, Paralimpiya Federasiyasında idmanın bu növünün inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, idman yarışlarının kütləviliyinin artırılması, federasiya tərəfindən federasiya daxilində istedadlı gənclərin məlumat bankının yaradılması və hər yarışdan sonra yenilənməsi təmin edilməlidir. 
“2006-ci ildə yaradılan Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası Federasiya bu idman növlərində muxtar respublikada kütləviliyi, yeniyetmə və gənclərin idman bölmələrinə cəlbi istiqamətində məqsədyönlü iş aparıb, komandalar formalaşdırıb” – deyən Məcid Seyidov nəzərə çatdırıb ki, 2018-ci il ərzində şəhər və rayonları əhatə etməklə 361 idmançı 14 fərqli qrupda idmanın bu növü üzrə keçirilən hazırlıqlarda, təlim-məşq proseslərində iştirak edib, həmçinin həmyerlimiz, milli komandanın üzvü, respublika çempionatının mükafatçısı Qafqaz Hüseynov federasiyanın boccia bölmələrində təlim-məşqlər aparıb.
Sonra Naxçıvan şəhər tennis bölməsinin məşqçi-müəllimi Novruz Novruzovun çıxışı dinlənilib. 
Sonda federasiyanın sədr müavini Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən qarşıya qoyulan vəzifələr, göstəriş və tapşırıqları rəhbər tutaraq muxtar respublika idmanına öz töhfələrini verəcəklərinə əminliyini bildirib, qazanılan uğurlarda əməyi olan hər kəsə təşəkkür edib.

05.12.2018 - Naxçıvan idmançısı boccia idman növü üzrə V respublika turnirində uğurlu nəticə qazanıb

Boccia idman növü 1984-cü ildən paralimpiya oyunlarına daxil edilib və bu illər ərzində populyarlıq qazanaraq 50 ölkə­də keçirilir.Muxtar respublikamızda da bu idman növünə maraq günü-gündən artır. Hər il məhdud fiziki imkanlı şəxslər arasında keçirilən yarışlar onların idmana kütləvi cəlbinə şərait yaradır. Hazırda, Paralimpiya Federasiyasının Naxçıvan şəhərində və rayonlarda boccia bölmələri fəaliyyət göstərir. Bu idman növünün muxtar respublikada inkşafı məqsədilə aprel ayında Federasiya tərəfindən Naxçıvana dəvət olunmuş Azərbaycan milli komandasının məşqçilər heyətinin iştirakı ilə təlim-məşq toplantıları və seminarlar təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası mütəmadi olaraq bu idman növü üzrə yarışlar keçirir və respublika səviyyəli yarışlarda muxtar respublikamızı təmsil edən sağlamlıq imkanları məhdud şəxslərin iştirakını təmin edir.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Bakı şəhərində boccia idman növü üzrə V respublika turniri keçirilib. Turnirdə muxtar respublikamızı məhdud fiziki imkanlı Qafqaz Hüseynov təmsil edib. Yarışda həmyerlimiz III yerə layiq görülüb.İdmançımıza Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin diplomu və hədiyyəsi təqdim edilib.

18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında şahmat üzrə muxtar respublika birinciliyi keçirilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Paralimpiya və Şahmat federasiyalarının birgə təşkilatçılığı ilə Naxçıvan Şahmat Mərkəzində 3 dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunmuş 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında şahmat üzrə  muxtar respublika birinciliyi keçirilib. 
Beynəlxalq şahmat qaydalarına əsasən keçirilən birincilikdə 25 zəka sahibi qüvvəsini sınayıb. Yarışın yekun nəticəsinə əsasən, 5 xal toplayan Naxçıvan şəhər şahmatçısı Allahverdi Əsgərov birinciliyin qalibi olub. Ondan bir xal geri qalan Səlim Sadiqli (Ordubad) və Samir İmanquliyev (Babək) müvafiq olaraq ikinci və üçüncü olublar.
Sonda qalib idmançılara təşkilatçılar tərəfindən diplom, hədiyyə və pul mükafatları təqdim edilib. Digər zəka sahibləri isə hədiyyələrlə mükafatlandırılıblar.

10.11.2018 - 13 noyabr Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə qolbol üzrə yoldaşlıq görüşü keçirilmişdir

13 noyabr Beynəlxalq Gözdən Əlillər Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud şəxslərin muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyası, habelə onlar arasında idmanın kütəviliyinə nail olunması, komandaların oyun təcrübəsinin artırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə qolbol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan görüş “Naxçıvan” və “Babək” komandaları arasında keçirilmişdir. Oyun Naxçıvan komandasının 8:6 hesablı qələbəsi ilə başa çatıb. Sonda görüş iştirakçılarına federasiyanın qiymətli hədiyyələri təqdim edilmişdir.