NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

10.11.2018 - 13 noyabr Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə qolbol üzrə yoldaşlıq görüşü keçirilmişdir

13 noyabr Beynəlxalq Gözdən Əlillər Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud şəxslərin muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyası, habelə onlar arasında idmanın kütəviliyinə nail olunması, komandaların oyun təcrübəsinin artırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə qolbol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində baş tutan görüş “Naxçıvan” və “Babək” komandaları arasında keçirilmişdir. Oyun Naxçıvan komandasının 8:6 hesablı qələbəsi ilə başa çatıb. Sonda görüş iştirakçılarına federasiyanın qiymətli hədiyyələri təqdim edilmişdir.