NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında şahmat üzrə muxtar respublika birinciliyi keçirilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Paralimpiya və Şahmat federasiyalarının birgə təşkilatçılığı ilə Naxçıvan Şahmat Mərkəzində 3 dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunmuş 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında şahmat üzrə  muxtar respublika birinciliyi keçirilib. 
Beynəlxalq şahmat qaydalarına əsasən keçirilən birincilikdə 25 zəka sahibi qüvvəsini sınayıb. Yarışın yekun nəticəsinə əsasən, 5 xal toplayan Naxçıvan şəhər şahmatçısı Allahverdi Əsgərov birinciliyin qalibi olub. Ondan bir xal geri qalan Səlim Sadiqli (Ordubad) və Samir İmanquliyev (Babək) müvafiq olaraq ikinci və üçüncü olublar.
Sonda qalib idmançılara təşkilatçılar tərəfindən diplom, hədiyyə və pul mükafatları təqdim edilib. Digər zəka sahibləri isə hədiyyələrlə mükafatlandırılıblar.