NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

05.02.2019 - Paralimpiya Federasiyasında yığıncaq keçirilib

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirə ilə bağlı yığıncaq olub.
Yığıncağı giriş sözü ilə açan Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov bildirib ki, Naxçıvan Muхtаr Rеspublikаsındа fiziki imkanları məhdud insаnlаrın cəmiyyətə intеqrаsiyаsı, sosial reabilitasiyası sаhəsində ardıcıl və məqsədyönlü tədbirlər həyаtа kеçirilir, onlar arasında idmаnın kütləviliyinə nail olunmasına çalışılır. İdman sahəsinə göstərilən davamlı dövlət qayğısı nəticəsində muxtar respublikada paralimpiyaçıların sıraları daha da genişlənib və bu sahədə müxtəlif idman tədbirlərinin keçirilməsinə əlverişli şərait yaradılıb. Hesabat dövrü ərzində Naxçıvan Muхtаr Rеspublikаsı Paralimpiya Federasiyası bir sıra tədbirlər keçirib.
Vüqar Məmmədov qeyd edib ki, muxtar respublikada boccia məşqçilərinin bacarıqlarını daha da artırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının dəvəti ilə Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia üzrə milli komandasının baş məşqçisi, Azərbaycan Boccia İdman Federasiyasının katibi İlham Məhərrəmovun rəhbərliyi ilə məşqçilər heyəti muxtar respublikaya dəvət edilib, təlim-məşqlər olub. Hazırda Paralimpiya Federasiyasının Naxçıvan şəhərində qolbol bölməsi, Naxçıvan şəhərində və Şərur rayonunda üzgüçülük üzrə bölmələri, Naxçıvan şəhəri, Şərur və Sədərək rayonlarıda stolüstü tennis bölmələri, Naxçıvan şəhərində və bütün rayonlarda boccia bölmələri fəaliyyət göstərir. Vurğulanıb ki, 2018-ci ilin dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə keçirilən müşavirədə federasiyalara müvafiq tapşırıqlar verilib. Tapşırıqlarının icrasını federasiyamız diqqət mərkəzində saxlayır və müvafiq tədbirlər həyata keçirməyə çalışacaqdır.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini Məcid Seyidov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi altında muxtar respublikamızda da idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisində 10 dekabr 2018-ci il tarixdə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən idman federasiyalarına bir sıra tapşırıqlar verilib. Buna əsasən, Paralimpiya Federasiyasında idmanın bu növünün inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, idman yarışlarının kütləviliyinin artırılması, federasiya tərəfindən federasiya daxilində istedadlı gənclərin məlumat bankının yaradılması və hər yarışdan sonra yenilənməsi təmin edilməlidir. 
“2006-ci ildə yaradılan Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası Federasiya bu idman növlərində muxtar respublikada kütləviliyi, yeniyetmə və gənclərin idman bölmələrinə cəlbi istiqamətində məqsədyönlü iş aparıb, komandalar formalaşdırıb” – deyən Məcid Seyidov nəzərə çatdırıb ki, 2018-ci il ərzində şəhər və rayonları əhatə etməklə 361 idmançı 14 fərqli qrupda idmanın bu növü üzrə keçirilən hazırlıqlarda, təlim-məşq proseslərində iştirak edib, həmçinin həmyerlimiz, milli komandanın üzvü, respublika çempionatının mükafatçısı Qafqaz Hüseynov federasiyanın boccia bölmələrində təlim-məşqlər aparıb.
Sonra Naxçıvan şəhər tennis bölməsinin məşqçi-müəllimi Novruz Novruzovun çıxışı dinlənilib. 
Sonda federasiyanın sədr müavini Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən qarşıya qoyulan vəzifələr, göstəriş və tapşırıqları rəhbər tutaraq muxtar respublika idmanına öz töhfələrini verəcəklərinə əminliyini bildirib, qazanılan uğurlarda əməyi olan hər kəsə təşəkkür edib.