NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

25.07.2017 - Paralimpiya Federasiyasının baş məşqçisi muxtar respublikamıza dəvət olunmuşdur

Naxçıvan Muxtar Respublikası və Paralimpiya Federasiyasının dəvəti ilə iyulun 25-də Azərbaycan Milli Paralimpiya Komitəsinin masaüstü tennis idman növü üzrə baş məşqçısı Qubuşova Ruhiyyə və II Respublika Uşaq Paralimpiya Oyunlarının qalibi və mükafatçısı olan sağlamlıq imkanları məhdud 2 uşaq muxtar respublikamızdadır. Bununla əlaqədar olaraq Paralimpiya Federasiyası proqram hazırlamışdır. Proqrama əsasən dəvət olunanların 7 gün ərzində təlim məşq keçmələri nəzərdə tutulmuşdur.

Həmçinin masaüstü tennis idman növünə sağlamlıq imkanları məhdud uşaqların cəlbi məqsədi ilə uşaqların və onların valideyinləri ilə görüş keçirilməsi, Şərur Olimpiya İdman Kompleksində təlim məşqlərin keçirilməsi, Şərur və Naxçıvanda fəaliyyət göstərən bölmələr arasında yoldaşlıq görüşünün keçirilməsi də nəzərdə tutulub.

İlk gün Naxçıvan və Şərur şəhərlərində fəaliyyət göstərən tennis bölmələrinə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqlarla Naxçıvan Uşaq Bərpa Mərkəzində təlim məşq  keçirilmişdir.