İyul ayının 26-da Şərur Olimpia İdman Kompleksində Naxçıvan Paralimpiya Federasiyasının Şərur rayonunda fəaliyyət göstərən masaüstü tennis bölməsinə cəlb olunan 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar üçün təlim məşq toplantısı keçirilmişdir. Toplantıya sağlamlıq imkanları məhdud uşaqların idman bölmələrinə o cümlədən idmanın masaüstü tennis bölməsinə cəlb etmək məqsədilə Şərur rayonunun ərazisində yaşayan 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar və onların valideyinləri dəvət edilmişlər. Təlim məşq toplantısında Azərbaycan Milli Paralimpiya Komitəsinin masaüstü tennis idman növü üzrə baş məşqçisi Qubuşova Ruhiyyə, II Respublika Uşaq Paralimpiya Oyunlarının qalibləri Aytac Qasımova və Urfan Əsədov tərəfindən məşqçi müəllim və sağlamlıq imkanları məhdud uşaqlara tennis idman növü haqqında ətraflı məlumat verilmişdir.
Ətraflı məlumat verildikdən sonra təlim məşqlərə başlanılmışdır.