NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

23.12.2016 - Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası Dövlət Bayrağı Muzeyini ziyarət ediblər

Dekabrın 23-də Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının idmançıları Dövlət Bayrağı Muzeyini ziyarət ediblər. Burada onlara Dövlət Bayrağı Meydanı və Muzeyi barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il avqustun 22-də imzaladığı Sərəncama əsasən yaradılıb və 2014-cü il noyabrın 17-dən fəaliyyətə başlayıb. Muzeydə Naxçıvanda müxtəlif dövrlərdə qəbul edilmiş bayraqlar və dövlət atributları nümayiş etdirilir.

Ziyarətçilərə ekspozisiyadakı qədim dövlətlərin bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş dövlət rəmzləri və konstitusiyaları haqqında ətraflı məlumat verilib.

26.11.2016 - Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası Heydər Əliyev Muzeyini ziyarət ediblər

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 fevral 1999-cu il tarixli Sərəncamı ilə Naxçıvan şəhərində Heydər Əliyev Muzeyi yaranmışdır. Muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və dövlətimizin müstəqilliyinin qorunub saxlanılması, gələcək inkişafının təmin oluinması istiqamətində  fəaliyyətini əks etdirən eksponatlar nümayiş etdirilir. Fəaliyyət göstərdiyi 15 il ərzində muzeyin yüz minlərlə ziyarətçisi olmuşdur.

Noyabrın 25-də  Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası Heydər Əliyev Muzeyini ziyarət ediblər. Onlara muzeydə olan eksponatlar haqqında ətraflı məlumat verilib. Muzeydə eksponatlarla tanış olduqca xalqımızın ümummili lideri Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətləri bir daha göz önündə canlanır.

Bu tədbir muzeyi ziyarət edənlərin ulu öndər Heydər Əliyevə olan dərin  hörmət və ehtiramın ifadəsidir.

26.11.2016 - Paralimpiyaçılar arasında futzal yarışı başa çatıb

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində paralimpiyaçılar arasında keçirilən futzal üzrə muxtar respublika birinciliyinə yekun vurulub. 
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi birincilik iki gün davam edib və 8 komanda mübarizə aparıb. 
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş birincilikdə finala “Sədərək” və “Şahbuz” futzalçıları vəsiqə qazanıblar. Həlledici qarşılaşmada 4:0 hesabı ilə qalib gələn sədərəklilər birinciliyin qalibi olublar. Muxtar respublika birinciliyində “Naxçıvan” komandası üçüncü olub.
Sonda qalib komandalar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

25.11.2016 - Paralimpiyaçılar arasında futzal turnirinə start verilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə paralimpiyaçılar arasında futzal üzrə muxtar respublika birinciliyinə start verilib.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş birincilikdə “Naxçıvan”, “Şərur”, “Sədərək”, “Kəngərli”, “Şahbuz”, “Babək”, “Culfa” və “Ordubad” komandaları mübarizə aparırlar.

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən yarışın açılış mərasimində çıxış edən Paralimpiya Federasiyasının sədri Cavid Səfərov idmançılara uğurlar arzulayıb. Muxtar respublikada idmanın kütləviliyindən danışan federasiya sədri bildirib ki, bu gün Naxçıvanda bütün sahələrə olduğu kimi, idmana da Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş birincilikdə “Naxçıvan”, “Şərur”, “Sədərək”, “Kəngərli”, “Şahbuz”, “Babək”, “Culfa” və “Ordubad” komandaları mübarizə aparırlar. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində keçirilən yarışın açılış mərasimində çıxış edən Paralimpiya Federasiyasının sədri Cavid Səfərov idmançılara uğurlar arzulayıb. Muxtar respublikada idmanın kütləviliyindən danışan federasiya sədri bildirib ki, bu gün Naxçıvanda bütün sahələrə olduğu kimi, idmana da cəlbi hər zaman diqqətdə saxlanılır. Keçirilən futzal turniri də bunun ifadəsidir.

Sonra görüşlərə start verilib. Olimpiya sistemi üzrə keçirilən birincilik iki gün davam edəcək və bu gün keçiriləcək final görüşü ilə yarışa yekun vurulacaq.

12.11.2016 - Sağlamlıq imkanları məhdud idmançılarımız II Uşaq Paralimpiya İdman Oyunlarında müvəffəqiyyətlə çıxış ediblər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr”  barədə keçirilən müşavirədə   məhdud  fiziki imkanlı gənclərin muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyasının təmin olunması, idman növlərinin inkişaf etdirilməsi tapşırıqlarının icrasını Naxçıvan  Muxtar  Respublikası  Paralimpiya Federasiyası  diqqət mərkəzində saxlayır və bu istiqamətdə davamlı tədbirlər həyata keçirir.

Sağlamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idman həyatına cəlb olunmasına şərait yaratmaq məqsədilə  bu kateqoriyadan olan uşaqlardan ibarət  bədii  gimnastika, boccia idman növləri üzrə bölmələr fəaliyyət göstərir.

Sağlamlıq imkanları məhdud uşaqların idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün hərtərəfli şəraitin yaradılması paralimpiyaçılarımızın respublika səviyyəli yarışlarda muxtar respublikanı layqincə təmsil etməyə zəmin yaradır.

Noyabrın 11-də Sumqayıt Paralimpiya İdman Kompleksində  keçirilən II Uşaq Paralimpiya  İdman Oyunlarında muxtar  respublikamızı stolüstü tennis  və  boccia idman növü üzrə sağlamlıq imkanları məhdud 3 idmançı təmsil edibdir. Boccia idman növü üzrə yarışlarda həmyerlilərimiz müvəffəqiyyətlə çıxış edərək, Yunisova Gülü 1-ci, Yunisov İlqar isə 3-cü yerə layiq görülüblər. Onlar Millı Paralimpiya Komitəsinin diplom və kuboku ilə təltif olunublar.