İyul ayının 27-də Naxçıvan Əlillərin Bərpa Mərkəzində Azərbaycan Milli Paralimpiya Komitəsinin masaüstü tennis idman növü üzrə baş məşqçisi Qubuşova Ruhiyyə və II Respublika Uşaq Paralimpiya Oyunlarının qalibləri Aytac Qasımova və Urfan Əsədovla 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlarla və onların valideyinləri ilə görüş keçirilmişdir. Görüşün təşkilində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların idman bölmələrinə o cümlədən idmanın masaüstü tennis bölməsinə cəlb etməkdən ibarət olmuşdur.
Görüşü Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov açaraq ölkəmizdə və muxtar respublikamızda idmana yaradılan şəraitdən və idmana göstərilən dövlət qayğısından söz açmışdır. Uşaq Bərpa Mərkəzinin baş həkimi Şəhla Əhmədova sağlamlıq imkanları məhdud şəxslərin sosial reabilitasiyasında idmanın növü mövzusunda məlumat vermişdir.
Daha sonra Azərbaycan Milli Paralimpiya Komitəsinin masaüstü tennis idman növü üzrə baş məşqçisi Qubuşova Ruhiyyə çıxış edərək stolüstü tennis idman növü haqqında valideyinlərə ətraflı məlumat vermiş, bu idman növünün sağlamlıq imkanları məhdud şəxslər arasında inkişafı üçün hər cür şərait olduğun bildirmiş, keçirilən məşqlər haqqında ətraflı məlumat vermişdir.
Sonra valideynləri maraqlandıran suallar cavablandırılmış və valideyinlər onlara göstərilən diqqət və qayğıya görə minntədarlıqların bildirmişdir.