Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən 26-28 avqust tarixlərində Ağbulaq İstirahət Mərkəzində idmançıların istirahətləri təşkil edilib.
Paralimpiya Federasiyasının 30 idmançısını Ağbulaq İstirahət Mərkəzində təşkilatçı qurumların əməkdaşları qarşılayıblar. Üç günlük istirahət proqrama uyğun olaraq təşkil edilib. Tanışlıqdan sonra idmançılar nahar yeməyinə yollanıblar. Onlar əvvəlcə Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanış olub, “Ağbulaq” bulağına yürüş ediblər. Daha sonra vətənpərvərlik mövzusunda film nümayiş etdirilib. İstirahətin ilk günü şahmat və stolüstü tennis idman növləri üzrə yarışlar da təşkil olunub.
İkinci gün idmançılar mərkəzin stadionunda mini-futbol qarşılaşmasında qüvvələrini sınayıblar. Sonra isə onlar üçün tamaşa göstərilib.
Növbəti günə səhər gimnastikası ilə başlayan idmançılar əyləncəli oyunlarda iştirak edib, vətənpərvərlikmövzusunda mahnılar dinləyiblər. Futbol yarışı da yaddaqalan olub. İdmançılar Şahbuz Dövlət Təbiət Qoruğunu da ziyarət ediblər. Nahar yeməyindən sonra gənclər Naxçıvan şəhərinə qayıdıblar.