Bu məqsədlə, növbəti tədbir fevral ayının 15-də, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının, Gənclər və İdman Nazirliyinin yerli bölmələrinin birgə təşkilatçılığı ilə Şərur rayonunda keçirilib. 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis üzrə təşkil olunan yarışda I-ci yerə Rzayev Sahil Samil oğlu, II-ci yerə Novruzov Engin Əli oğlu, III-cü yerə isə Mahmudov Mahmud İlham oğlu layiq görülüb. Qeyd edək ki, yarışın yekununda iştirakçılar təşkilatçılar tərəfindən diplom və hədiyyələr ilə təltif olunub.
Culfa rayon Şahmat məktəbində sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar arasında “Şahmat beynin gimnastikasıdır” devizi altında şahmat üzrə rayon birinciliyi keçirilmişdir. Yarışın yekununda Nağıyev Turan Orxan oğlu I yerə, Kazımzadə Taner Əli oğlu II yerə, Həsənli İsmayıl Ümüd oğlu isə III yerə layiq görülmüşdür. Qalib və fərqlənən iştirakçılar təltif edilmişdir.