NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

Sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis üzrə yoldaşlıq görüşü keçirilib

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının təşkilatçılığı ilə iyun ayının 16-da Culfa və Ordubad rayonundan olan 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis üzrə yoldaşlıq görüşü keçirilib. Qeyd edək ki, sözügedən idman növü üzrə son dövrlərdə Federasiyanın yeni bölmələri yaradılıb və stolüstü tennisə müvafiq kateqoriyadan olan gənclər arasında maraq günü-gündən artmaqdadır.