İyun ayının 8-də Şərur rayon Uşaq-Gənclər Şahmat məktəbində Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının Şərur rayon bölməsinin və Şərur rayon Uşaq Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə "15 iyun - Milli Qurtuluş günü"nə həsr olunmuş sağlamlıq imkanları məhdud şahmatçılar arasında yarış keçirilmişdir. Müsabiqənin yekun nəticələrinə əsasən, 1- ci yerin qalibi Məmmədli Qalib Murtəza oğlu olmuşdur. Məmmədli Nihad Seymur oğlu II yerə,Cabbarov Emil Qurban oğlu isə III yerə layiq görülmüşdür.Qaliblər təşkilatçılar tərəfinən diplom və qiymətli hədiyyələrlə təltif edilmişdir