NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

18 yaşadək fiziki imkanları məhdud uşaqlar arasında stolüstü tennis idman növü üzrə yoldaşlıq görüşü keçirilib

29 avqust 2019-cu il tarixdə Naxçıvan şəhərində yerləşən Uşaq Bərpa Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının birgə təşkilatçılığı ilə 18 yaşadək fiziki imkanları məhdud uşaqlar arasında stolüstü tennis idman növü üzrə yoldaşlıq görüşü keçirilmişdir. Naxçıvan şəhər və Sədərək rayon paralimpiyaçılarının qarşılaşdığı yarışda 14 fiziki imkanları məhdud uşaq iştirak etmişdir. Sonda bütün iştirakçılara Federasiyanın fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.