NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

18 yaşadək fiziki imkanları məhdud uşaqlar arasında boccia idman növü üzrə yarış keçirilib

15 avqust 2019-cu il tarixdə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin idman zalında Şahbuz rayon Gənclər və İdman idarəsinin, Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası Şahbuz rayon bölməsinin və Yeni Azərbaycan Partiyası Şahbuz rayon təşkilatının Gənclər birliyinin birgə təşkilatçılığı ilə 18 yaşadək fiziki imkanları məhdud uşaqlar arasında boccia idman növü üzrə yarış keçirilmişdir. Yarışda 14 nəfər fiziki imkanları məhdud uşaq iştirak etmişdir. Yarışın yekununa görə Şıxı Şıxıyev I yerə, Amin Cəfərzadə II yerə, Arzu Orucov III yerə layiq görülmüşdür. Tədbirin sonunda yarışın qaliblərinə və bütün iştirakçılara təşkilatçıların diplomları təqdim olunmuşdur.