NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

17.03.2014 Xalq-uşaq oyunlarından ibarət yarış keçirilib

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası Gənclər və İdman Nazirliyi ilə birgə İlham Əliyev adına Olimpiya-İdman Kompleksində sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların iştirakı ilə xalq-uşaq oyunlarından ibarət yarış keçirib. Yarışın təşkilində əsas məqsəd unudulmaqda olan xalq-uşaq oyunlarının təbliğ edilməsi, uşaqlarda bu oyunlara olan marağı artırmaqla onlar arasında idmanın kütləviliyinə nail olunması ilə bu kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyalarının təmin edilməsidir.

Tədbirdə Paralimpiya Federasiyasının, Gənclər və İdman Nazirliyinin nümayəndələri çıxış edərək qeyd ediblər ki, xalqımızın zəngin folklor nümunələrindən biri də xalq-uşaq oyunlarıdır. Cəldlik, çeviklik və bacarıq tələb edən bu yarışda sağlamlıq imkanları məhdud 20 uşaq iştirak edir.

Milli geyimdə olan yarış iştirakçıları hər biri 5 nəfərdən ibarət olan “Göy- göl”, “Araz”, “Əlincə” və “Qalacıq” komandalarında “Çiləmə”, “Aradaqalma”, “İpüstü”, “Torba içində tullanmaq”, “Hoppana-hoppana”, “Kəndirdartma” və sair oyunlarf üzrə qabiliyyətlərini sınayıblar.

Oyun qaydalarını tez və dəqiq yerinə yetirərək daha çox xal toplayan “Göy-göl” komandası qalib olub. Qalib komandaya Naxçıvan Muxtar Respublikası Paraflimpiya Federasiyasının qiymətli hədiyyələri, digə yarış iştirakçılarına isə həvəsləndirici hədiyyələr təqdim edilib.