NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

19.02.2014 Muxtariyyət-90

2014-cü ilin muxtar respublikamızda “Muxtariyyət ili” elan edilməsi ilə əlaqədar 19 fevral 2014-cü il tarixdə Şərur rayon Olimpiya İdman Kompleksində Nахçıvаn Muхtаr Rеspubliкаsı Pаrаlimpiyа Fеdеrаsiyаsı və Naxçıvan MR Gənclər və İdmаn Nаzirliyinin rəhbərliyi ilə paralimpiyaçılar arasında stolüstü tennis üzrə muxtar respublika birinciliyi keçirilmişdir. Paralimpiyaçılar arasında stolüstü idman növünü inkişaf etdirmək və idmanın kütləviliyinə nail olmaq məqsədilə keçirilən birincilikdə 20 paralimpiyaçı iştirak edirdi. Gərgin davam edən mübarizədə I, II və III yerlər müəyyənləşdirildi. Qaliblərə Pаrаlimpiyа Fеdеrаsiyаsının qiymətli hədiyyələri, iştirakçılara isə mükafatlar təqdim edildi.