NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

23.12.2016 - Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası Dövlət Bayrağı Muzeyini ziyarət ediblər

Dekabrın 23-də Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının idmançıları Dövlət Bayrağı Muzeyini ziyarət ediblər. Burada onlara Dövlət Bayrağı Meydanı və Muzeyi barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Dövlət Bayrağı Meydanı və Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il avqustun 22-də imzaladığı Sərəncama əsasən yaradılıb və 2014-cü il noyabrın 17-dən fəaliyyətə başlayıb. Muzeydə Naxçıvanda müxtəlif dövrlərdə qəbul edilmiş bayraqlar və dövlət atributları nümayiş etdirilir.

Ziyarətçilərə ekspozisiyadakı qədim dövlətlərin bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş dövlət rəmzləri və konstitusiyaları haqqında ətraflı məlumat verilib.