NAXÇIVAN MUXTAR RESPUBLİKASI

PARALİMPİYA FEDERASİYASI

26.11.2016 - Paralimpiyaçılar arasında futzal yarışı başa çatıb

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində paralimpiyaçılar arasında keçirilən futzal üzrə muxtar respublika birinciliyinə yekun vurulub. 
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi birincilik iki gün davam edib və 8 komanda mübarizə aparıb. 
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş birincilikdə finala “Sədərək” və “Şahbuz” futzalçıları vəsiqə qazanıblar. Həlledici qarşılaşmada 4:0 hesabı ilə qalib gələn sədərəklilər birinciliyin qalibi olublar. Muxtar respublika birinciliyində “Naxçıvan” komandası üçüncü olub.
Sonda qalib komandalar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.